Ru
13:44 / 27 Sentyabr 2026

Kamal Qazıyev yeni vəzifəyə təyin edildi

Kamal Qazıyev yeni vəzifəyə  təyin edildi
Eye

Dövlət Statistika Komitəsində (DSK) yeni yaradılan şöbəyə müdir təyin olunub.

"Bakupost" ölkə.az-a istinadən xəbər verir ki, bu barədə qurumun sədri Azər Mursaqulov müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, Kamal Qazıyev Əmək və əhalinin həyat səviyyəsi statistikası şöbəsinin müdiri vəzifəsinə gətirilib.

Qeyd edək ki, Qazıyev Kamal Məmməd oğlu 19 il Maliyyə Nazirliyində çalışıb, mədəniyyət, gənclər və idman sahələrinin maliyyəsi sektorunun müdiri olub.

O, son təyinata qədər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) İcraçı direktorun müşaviri vəzifəsində işləyib.

Xatırladaq ki, DSK-də aparılan struktur dəyişiklikləri çərçivəsində Əmək statistikası şöbəsi və Həyat keyfiyyətinin statistikası şöbəsi ləğv edilib, həmin funksional istiqamətlər üzrə statistikanın aparılması məqsədilə Əmək və əhalinin həyat səviyyəsi statistikası şöbəsi yaradılıb.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar