Ru
23:30 / 16 Dekabr 2025

Kambocada 130 minə yaxın uşaq didərgin düşdü

Kambocada 130 minə yaxın uşaq didərgin düşdü
Eye

130 minə yaxın kambocalı uşaq və onların ailələri Tailandla sərhəd münaqişəsi səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıblar.

Bakupost.az xəbər verir ki, bu barədə Kambocanın informasiya naziri Net Pheaktra məlumat yayıb.

“127 mindən çox uşaq valideynləri və ailələri ilə birlikdə evlərini və məktəblərini tərk edərək qaçıblar”, - nazir deyib.

Son məlumatlara görə, Kambocanın altı əyalətindən təxminən 126.500 ailə və ya təxminən 422.700 sakin gərginləşən sərhəd münaqişəsi səbəbindən evlərini tərk edib. Onların təxminən 344 min nəfəri qadın və uşaqlardır.

Xatırladaq ki, dekabrın 7-də Kamboca-Tayland sərhədi boyunca silahlı toqquşmalar baş verib. Tayland Kral Ordusu bildirib ki, Kamboca qüvvələri səhər tezdən sərhəd bölgəsində Tayland mövqelərini atəşə tutmağa başlayıb. Tailand Hərbi Hava Qüvvələri buna cavab olaraq Kambocanın hərbi infrastrukturuna hücum edib. Kambocada atışma nəticəsində 15 mülki şəxs həlak olub, 76 nəfər yaralanıb. Dekabr eskalasiyasının əvvəlindən indiyədək 42 yaşayış binası, bir neçə dini obyekt, eləcə də şəhər və yol infrastrukturu zədələnib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar