Ru
09:17 / 16 Dekabr 2025

Kanalizasiya xətti üzərində tikilmiş evlərin bünövrəsi çökdü – VİDEO

Kanalizasiya xətti üzərində tikilmiş evlərin bünövrəsi çökdü – VİDEO
Eye

Bakıda iki evin bünövrəsi çöküb, ona yaxın ev isə təhlükəli vəziyyətdədir.

Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Biləcəri qəsəbəsi, Tomris küçəsində kanalizasiya kollektoru torpaq qatı ilə birlikdə anidən çöküb.

Bu səbəbdən kollektor üzərində inşa edilən evlərə ciddi ziyan dəyib.

Sakinlər deyir ki, artıq 5 gündür evdən çıxıblar.

Sakinlərin sözlərinə görə, hadisə ilə bağlı əlaqədar qurumlara müraciət ünvanlayıblar, lakin adıqları cavab "evdən çıxın, qəzalıdır" olub.

Məsələ ilə bağlı Binəqədi Rayan İcra Hakimiyyətindən qeyd olundu ki, həmin evlər uzun illər əvvəl tikilib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirildi ki, qeyd olunan ünvanda vətəndaşların fərdi yaşayış evləri diametri 1000 mm olan tullantı su kollektorunun mühafizə zolağında deyil, birbaşa üzərində inşa edilib. İki gün öncə həmin çöküntü baş verən zaman rayonun sukanal idarəsi əraziyə baxış keçirib, mövcud durum dəyərləndirilib. Vətəndaşlara bu vəziyyətdə yaşamağın təhlükəli olduğu və yaşayış yerlərini tərk etmələrinin vacibliyi barədə yazılı surətdə xəbərdarlıq edilib. Mövcud durum dəyərləndirildikdən sonra müəyyən olunub ki, artıq həmin kollektorun bərpası qeyri-mümkündür. Bu səbəbdən yeni layihə hazırlanıb və layihənin icrasına başlanılıb.

Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar