Ru
18:24 / 13 Yanvar 2026

"Kapital Bank"ın bu filialı ləğv olundu: 2 bankomatı da işləmir – İxtisarın səbəbi…

"Kapital Bank"ın bu filialı ləğv olundu: 2 bankomatı da işləmir – İxtisarın səbəbi…
Eye

“Kapital Bank”ın Bakının Xətai rayonu, Gəncə prospektinin girişində yerləşən filialı ləğv olunub, ərazidə banka məxsus iki bankomat isə işləmir.

Bu barədə Bakupost.az-a ərazi sakinləri məlumat verib.

Onların sözlərinə görə, filialın bağlanması ilə yanaşı bankomatların da işləməməsi gündəlik bank xidmətlərindən istifadəni çətinləşdirib.

"Hazırda bankomatlardan pul çıxara bilmirik. Evimizə yaxın olduğu üçün bütün əməliyyatlarımızı həmin filialda edirdik. Niyə bağlandığını da bilmirik", - deyə sakinlərdən biri bildirib.

Məsələ ilə “Kapital Bank”ın mətbuat katibi Arzu Əliyeva saytımıza açıqlamasında məlumatı təsdiqləyib:

"Kapital Bank”ın Xətai rayonu Vung Tau 83 ünvanında yerləşən filialı bağlanıb. Həmin filalın müştəriləri, bank əməliyyatları üçün Ayaz İsmayılov küçəsində yerləşən "Zəfər" filialına yaxınlaşa bilərlər. Eyni zamanda bankın sözügedən əraziyə yaxın daha 2 filialı, Məhəmməd Hadi və Həzi Aslanov filialları da müştərilərə xidmət etməyə davam edir. 

Həmçinin Birbank mobil tətbiqi vasitəsilə bank xidmətlərindən filiala getmədən daha rahat və sürətli şəkildə yararlanmaq mümkündür".

Arzu Əliyeva əlavə edib ki, sözügedən ərazidə quraşdırılan bankomatların fəaliyyəti dayandırılmayıb:

"Müştərilər “Bravo” marketlər şəbəkəsinin həmin ərazidə yerləşən filialında və bankın “Zəfər” filialında yerləşdirilən yeni ATM-lərdə lazımi əməliyyatları həyata keçirə bilərlər".

Zəruri olaraq qeyd edək ki, ləğv edilən filialın önündəki bankomat da fəaliyyətini dayandırıb. Həmçinin Gəncə prospekti 26 ünvanında, “Araz” marketin önündəki bankomat da 5 gündür işləmir.

“Kapital Bank” filialın və bankomatların ləğvinin səbəbini açıqlamayıb.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar