Ru
11:00 / 31 İyul 2026

Karapetyanın evində axtarış aparılır

Karapetyanın evində axtarış aparılır
Eye

Ermənistanın təhlükəsizlik orqanlarının əməkdaşları müxalif “Güclü Ermənistan” blokunun Siyasi Şurasının üzvü, deputatlığa namizəd Narek Karapetyanın evində axtarış aparırlar.

"Bakupost" xəbər verir ki, bu barədə siyasi blokun mətbuat xidməti məlumat yayıb.

“Bu səhər tezdən hüquq-mühafizə orqanlarının əməkdaşları Narek Karapetyanın şəxsi evinə daxil olub və axtarış aparırlar”, - açıqlamada bildirilib.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Baş Prokurorluğu rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” blokunun Siyasi Şurasının üzvü Narek Karapetyana qarşı cinayət işi açıb. O, çirkli pulların yuyulmasında və ictimai toplantılarda iştirak etməyə məcburetmədə ittiham olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar