Ru
11:45 / 04 Fevral 2026

Keçmiş nazirin qohumuna vəzifə verildi

Keçmiş nazirin qohumuna vəzifə verildi
Eye

Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) başçısı Elxan Allahverdiyev Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə təyin edib.


Bakupost.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, icra başçısı bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, rayon icra başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə Seyfəddin Dəmirli təyin olunub.

O, bu təyinatadək icra hakimiyyətində Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi (mühəndis) vəzifəsində çalışıb.

Qeyd edək ki, S.Dəmirli Binəqədi RİH-də 2022-ci ildən bəri işləyir. O, əmək fəaliyyətinə 2018-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "Bakı 6 nömrəli Yol İstismarı" MMC-nin sahə rəisi kimi başlayıb.

S.Dəmirli vaxtilə bir çox yüksək vəzifələrdə çalışmış - Təhsil Nazirliyinin (hazırkı Elm və Təhsil Nazirliyinin - red.) Əsaslı Tikinti İdarəsinin sabiq rəisi və Bakı 6 nömrəli Yol İstismarı MMC-nin sabiq rəisi Allahverdi Dəmirovun oğludur. Mətbuatda A.Dəmirovun keçmiş təhsil naziri Misir Mərdanovun xalası oğlu olduğu barədə məlumatlar dərc olunub.

Məlumat üçün onu da bildirək ki, hazırda "Bakı 6 nömrəli Yol İstismarı" MMC-yə Allahverdi Dəmirovun digər oğlu Tural Dəmirli rəhbərlik edir. Kommersiya qurumlarının dövlət reyestrində onun adı MMC-nin qanuni təmsilçisi olaraq göstərilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar