Ru
12:51 / 19 Fevral 2026

Keçmiş prezidentə ömürlük həbs – Prokuror edamını tələb edirdi

Keçmiş prezidentə ömürlük həbs – Prokuror edamını tələb edirdi
Eye

Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yol üsyan və dövlət çevrilişinə cəhd ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib.

Bakupost.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, prokurorluq keçmiş prezidentə ölüm cəzası verilməsini tələb edirdi.

Müttəhimin günahlandırıldığı hadisələr 2024-cü ilin sonunda baş verib. O zaman Yun Sok Yol parlamentlə münaqişə fonunda ölkədə hərbi vəziyyət elan etmişdi. Keçmiş prezident bununla bağlı açıqlamasında məqsədini “Şimali Koreya yönümlü anti-dövlət qüvvələrini aradan qaldırmaq” kimi izah etmişdi.

Hərbi vəziyyət elan edildikdən bir neçə saat sonra parlament bu qərarı ləğv edib. Daha sonra keçmiş prezidentin impiçmentini qəbul edərək onu vəzifədən azad edib və həbs etdirib.

Yun Sok Yolun hərəkətləri parlamentin fəaliyyətini iflic etmək və üsyanı təşkiletmək cəhdi kimi qiymətləndirilir. Onun əleyhinə bir neçə cinayət işi açılıb, üsyan işi isə ən ciddi ittiham hesab olunur.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar