Ru
11:29 / 26 Noyabr 2025

Kəlbəcər üçün təşəkkür - İqbal Səfərov

Kəlbəcər üçün təşəkkür -  İqbal Səfərov
Eye


İqbal Səfərov


Buz da tutsaydıq, donsaydıq belə yenə də azad edəcək, doğma torpağımızı düşməndən geri alacaqdıq!

Azərbaycan ordusunun keçə bilməyəcəyi sədd, aşa bilməyəcəyi maneə yoxdur!

O qarlı yollarda analarımız, bacılarımız, yaşlı- cavanlarımız şaxtada donmuş, qeyri-bərabər güc nisbətində təhqir edilmiş, amansızcasına qətl edilmişdilər.

Heç birindən artıq deyildik!

Boynumuzda borcları var idi, bəlkə də yenə var! Bilmirəm!

Vətənimin hər qarışı, Şəhidimin hər damla qanı müqəddəsdir.

Elə bir igidimiz yoxdur ki, ürəyində Kəlbəcərin, Xocalının qəzəbi, bizə edilənlərin nifrəti olmasın.

Torpaqlarımızın məsum körpələrin qanları ilə suvarılmasını düşündükcə insanın qanı donur. Dağlarımızda analarımızın körpələri üçün qopardıqları fəryad səsləri dolaşır.

O körpələrin qisası üçün dünyanın şah damarını kəsərdik!
Nəyin bahasına olursa-olsun, Azərbaycan əsgəri son damla qanına kimi döyüşüb düşməni məğlub edərdi.

Ölkə başçısı hər dəfə çıxışlarında bizlərə təşəkkür edir. Azərbaycan əsgərinin gücünü, əməyini, əziyyətini hər dəfə təkrar-təkrar dilə gətirir.

Bir məsələ də var istəyirəm mən də bunu qeyd edəm. Borcdur, etməliyəm, etməliyik!

Kəlbəcərimizi düşmən işğalından döyüş əməliyyatları keçirmədən azad etməklə neçə min can bu gün həyatdadır və bir o qədər ailə gözü yaşlı deyil!

Çox şey üçün təşəkkür etmək olar. Bir-bir sadalamaq istəmirəm. Məhz qarlı Kəlbəcər üçün mən də sizə təşəkkür edirəm, Cənab Ali Baş Komandan!


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar