Ru
11:35 / 21 Avqust 2026

Kəlbəcərə dolu düşdü

Kəlbəcərə dolu düşdü
Eye

Avqustun 20-si günün ikinci yarısından bəzi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən "Bakupost"a verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Şahdağda 18, Gədəbəydə 17, Daşkəsəndə 15, Qusarda 10, İsmayıllıda 6, Göygöldə 5, Xınalıqda (Quba) 4, Ağdam, Qəbələdə 3, Qaxda 2, Goranboy, Gəncə, Naftalan, Xaltan, Tovuz, Zaqatala, Tərtər, Bərdə, Yevlax, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dək qeydə alınıb.

Avqustun 20-si saat 20:25-20:33 radələrində Kəlbəcər rayonu İstisu qəsəbəsinin Alagöllər ərazisinə diametri 8-10 mm olan dolu düşüb.

Şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Culfada 19, Gəncədə 18, Şəmkir, Şabran, Naftalanda 16 m/s-yə çatır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar