“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə xaricdə təhsil xidmətləri göstərən “AİD Group”un rəhbəri, aparıcı Nigar Fərhadın saxlanılması ilə bağlı paylaşım edib.
"Bakupost" xəbər verir ki, Kəmalə Ağazadə sosial şəbəkə hesabında Nigar Fərhadı şəxsən tanımadığını, onu mediadan tanıdığını bildirib.
O, paylaşımında Nigar Fərhadın çıxışlarının müxtəlif efirlərdə geniş təbliğ olunduğunu və bunun nəticəsində onun cəmiyyətdə müəyyən reputasiya qazandığını qeyd edib. pizza sifarişi
Kəmalə Ağazadə aparıcının verilişlərini və onun mediada təqdim olunmasını sərt ifadələrlə tənqid edib.
“Onu buralarda tanıdan efirdə 1 ya da 2 şüvən çıxışının davamlı olaraq təbliğatı oldu. Aha!!! Şüvəndisə demək düz söz deyir!!!” – deyə o yazıb.
Birlik sədri həmçinin bəzi media nümayəndələrinin Nigar Fərhadın çıxışlarını təbliğ etdiyini iddia edib və onun “Harvard” təhsili ilə bağlı təqdimatını da tənqid edib.
Qeyd edək ki, “AİD Group” adı ilə xaricdə təhsil xidmətləri göstərən Nigar Fərhadın saxlanıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.