Ru
16:48 / 11 Avqust 2026

Kəmaləddin Heydərov İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - FOTO

Kəmaləddin Heydərov İsaxan Aşurovun oğluna  yeni vəzifə verdi - FOTO
Eye

Fövqəladə Hallar Nazirliyinin (FHN) ləğv edilən Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin rəisi polkovnik Kənan Aşurova yeni vəzifə verilib.

"Bakupost" Qaynarinfo-ya istinadla xəbər verir ki, o, FHN-nin Baş Əməliyyat İdarəsinin rəis müavini təyin edilib. Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Xatıradaq ki, Kənan Aşurov 04.06.1982-ci ildə Tovuz rayonunda anadan olub. Ailəlidir, 2 övladı var. Atası, mərhum İsaxan Aşurov 1989-1991-ci illərdə Tovuz Rayon Polis Şöbəsində istintaq bölməsinin rəisi, 1991-1992-ci illərdə Göyçay rayon Polis Şöbəsində baş müstəntiq, 1992-1993-cü illərdə Qazax Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. 1996-cı ildən vəkil kimi fəaliyyət göstərib və 2012-ci ilin 22 iyununda xərçəng xəstəliyindən müalicə olunduğu ABŞ-da vəfat edib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar