İyulun 10-da türkiyəli məşhur aktyor Kərəm Bursinin şərəfinə “Sea Breeze”də yerləşən “Şöhrət xiyabanı”nda “ulduz” qoyulub.
Bakupost.az Kult.az-a istinadən xəbər verir ki, bu barədə iş adamı və müğənni Emin Ağalarov bildirib.
“Şöhrət xiyabanımıza daha bir adlı “ulduz” əlavə olundu! Kərəm Bursin bir çoxlarının “Sən çal qapımı” serialı və digər layihələrdən tanıdığı istedadlı aktyordur. Tanış olduğumuza çox şadam. Ümid edirəm ki, bu gün və Bakı onda ən xoş təəssüratlar yaradacaq”.
Qeyd edək ki, Kərəm Bursin də öz İnstaqram hesabında Bakıdan “stori”lər paylaşaraq Azərbaycanın paytaxtını gözəl və möhtəşəm şəhər adlandırıb.