Ru
09:50 / 29 Sentyabr 2026

Kərkinin qaytarılması ilə bağlı Ermənistandan açıqlama

Kərkinin qaytarılması ilə bağlı Ermənistandan açıqlama
Eye

“Ermənistan və Azərbaycan arasında anklavlar məsələsi sərhədlərin delimitasiyası prosesi çərçivəsində həll olunacaq”.

"Bakupost" xəbər verir ki, bu barədə Ermənistanın delimitasiya komissiyasının rəhbəri, baş nazirin müavini Mqer Qriqoryanın ofisindən Kərki kəndinin Azərbaycana qaytarılması ilə bağlı “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq bildirilib.

“Ermənistan-Azərbaycan dövlət sərhədinin ayrı-ayrı hissələrinin, o cümlədən anklav və eksklavlarla bağlı işlər “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının birgə fəaliyyəti haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçiriləcək”, - açıqlamada qeyd olunub.

Həmçinin vurğulanıb ki, komissiyaların fəaliyyəti birgə iclasların və işçi görüşlərin keçirilməsi qaydalarına uyğun olaraq dərc edilir.

Baş nazirin müavininin ofisi xatırladıb ki, komissiyalarda təmsil olunan vəzifəli şəxslər iclasların və işçi görüşlərin sənədlərinə istinad edərkən yalnız razılaşdırılmış və KİV üçün təsdiq edilmiş məlumatların məzmununu olduğu kimi təqdim edə bilərlər:

“İclasların və birgə işçi görüşlərin nəticələrinə dair KİV üçün yayımlanan məlumatların hərfi məzmunundan kənara çıxan istənilən rəsmi istinad, habelə onların izahı və ya şərhləri yolverilməzdir və etibarsız hesab olunur”.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar