Ru
18:15 / 28 Sentyabr 2026

"Kəşfiyyat xidmətləri Bakı ilə Ankaranın arasını vurmağa çalışır"- Deputatdan xəbərdarlıq

"Kəşfiyyat xidmətləri Bakı ilə Ankaranın arasını vurmağa çalışır"- Deputatdan xəbərdarlıq
Eye

Azərbaycan nümayəndə heyətinin İsrailin Baş naziri Benyamin Netanyahunun Nyu-Yorkda çıxışı zamanı BMT Baş Assambleyasının tribunasını tərk etməməsi qardaş Türkiyədə bəzi qüvvələrin əlinə fürsət verib. Onlar hətta Bakını guya Fələstini müdafiə etməməkdə ittiham edirlər.

Görünən odur ki, bəzi qüvvələr Bakı ilə Ankaranın dostluq, qardaşlıq münasibətlərindən əndişələnərək, hər vəclə bu qardaşlığa kölgə salmağa çalışırlar.

Azərbaycan bu yersiz və qərəzli kampaniyada necə davranmalıdır?

Milli Məclisin deputatı Ceyhun Məmmədov “Bakupost”a bildirib ki, bu kimi məsələlərdə hər iki tərəf maksimum təmkinli, soyuqqanlı, səbirli olmalı və qarşılıqlı ittihamlardan qaçmalıyıq:

“Münasibətlərin gərginləşməsi, pozulmasına yönəlmiş heç bir addım atmamalıyıq. Türkiyədə müəyyən qrup və dairələr Bakı ilə Ankaranın arasının pozulmasında maraqlıdır. Burada müxtəlif ölkələrin kəşfiyyat xidmətlərinin də rolu və marağı vardır. Onlar hətta bu istiqamətdə müəyyən addımlar da atır”.

Deputatın sözlərinə görə, bəzi ayrı-ayrı qruplar Azərbaycan daxilində də bunu etməyə çalışır:

“Proseslərin bu məcrada getməsinə maksimum dərəcədə imkan verməməliyik”.

Müsahibimiz deyir ki, hansısa məsələlər ətrafında fikir ayrılığı, fərqli baxış və yanaşmalar ola bilər, ancaq bu münasibətlərimizin pozulmasına, gərginləşməsinə gətirib çıxarmamalıdır:

“Türkiyə ilə Azərbaycan arasında doğma, güclü münasibətlər var. Proseslərin yanlış formada getməsi, gərginliyin olması heç birimizin marağına uyğun deyil. Elə etməliyik ki, gərginlik səngisin”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar