Cari ildə Ukrayna ən azı 50 min "mexaniki əsgər" istehsal edib, cəbhəyə göndərməyi planlaşdırır.
"Bakupost" “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, Ukrayna ordusu üçün istehsal edilən döyüş robotları müxtəlif silahlarla təchiz olunub.
Bu robotlar döyüş tapşırıqlarından əlavə, yaralıları da təxliyə edir.
Məlumata görə, Ukrayna döyüş robotlarından istifadə etməklə həmçinin Rusiyaya qarşı müharibədə şəxsi heyət çatışmazlığını kompensasiya etməyi düşünür. Bundan əlavə, insanların robotlarla əvəz edilməsi itkiləri əhəmiyyətli dərəcədə azaldacaq.
Rüfət Sultan,
BakuPost