Ru
11:53 / 20 Oktyabr 2026

Kiyev yaxınlığında dəhşət: Avtomobildəki insanlar diri-diri yandı - VİDEO

Eye

Ukraynanın paytaxtı Kiyev yaxınlığında Rusiyaya məxsus pilotsuz uçuş aparatının (PUA) və onun yanan qalıqlarının magistral yolda hərəkət edən avtomobillərin üzərinə düşməsi faciəyə səbəb olub.

“Bakupost” xəbər verir ki, hadisə Kiyev-Odessa magistralının Çabani qəsəbəsi yaxınlığında baş verib.

Şahidlərin sözlərinə görə, hadisədən əvvəl hava hücumundan müdafiə qüvvələri reaktiv zərbə dronunu vurmaq üçün əməliyyat keçirib.

Dronun və ya onun yanan qalıqlarının yola düşməsi nəticəsində hərəkətdə olan avtomobillərdə yanğın başlayıb.

Alov avtomobilləri bürüyüb, nəqliyyat vasitələrində olan insanlar diri-diri yanıb. İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bundan başqa, hadisə yerindən keçən və xəsarət alan bir piyadaya da tibbi yardım göstərilib.

Hazırda magistralın həmin hissəsində nəqliyyatın hərəkəti dayandırılıb.

Yasəmən, BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar