Ru
12:51 / 22 Aprel 2026

Klinik Tibbi Mərkəzin direktoru işdən çıxarıldı - Açıqlama

Klinik Tibbi Mərkəzin direktoru işdən çıxarıldı  - Açıqlama
Eye

Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov vəzifəsindən azad edilib.

Bu barədə Bakupost.az-a məlumatı o özü təsdiqləyib. Bildirib ki, bu gün TƏBİB-ə dəvət olunaraq ərizəsi alınıb.

Könül Ələkbərov bundan sonra pedaqoji fəaliyyətlə məşğul olmaq istədiyini deyib:

“Əməkdar həkiməm. Azərbaycan Tibb Universitetində tədris olunan “Təcili tibb” kitabının müəllifiyəm. Ola bilər ki, universitetdə müəllim işləyim. Yaxud hansısa özəl xəstəxanada həkim kimi fəaliyyət göstərim”.

Qeyd edək ki, Könül Ələkbərov ixtisasca anestezioloq-reanimatoloqdur. O, 2017-ci ildə icbari tibbi sığorta ilə bağlı Mingəçevirdə həyata keçirilən pilot layihənin, daha sonra isə işçi qrupunun rəhbəri olub.

2021-ci ildən etibarən isə Klinik Tibbi Mərkəzin direktoru vəzifəsində çalışırdı.

Azər,
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar