Seçkilərdə əldə etdiyi qələbədən sonra baş nazir Nikol Paşinyan müxtəlif cinayətlərdə ittiham olunan rəqiblərinə qarşı hücumları genişləndirib.
Görünən odur ki, hazırda əsas hədəflərdən biri keçmiş prezident Robert Koçaryandır.
Koçaryan artıq Milli Təhlükəsizlik Xidmətinə aparılıb.
“Bakupost” xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının deputatı Anna Qriqoryan məlumat verib.
Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi isə Robert Koçaryan və oğlu Levon Koçaryanın evində korrupsiya cinayətləri ilə bağlı axtarışlar aparıb. Saxlanılanlar arasında keçmiş prezidentin böyük oğlu Sedrak Koçaryanın da olduğu bildirilir.
Məlumata görə, Robert Koçaryana qarşı 3 maddə üzrə
cinayət işi açılıb. Ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması maddələri üzrə cinayət təqibinə başlanılıb.
Xatırladaq ki, seçkilərdən xeyli əvvəl də Koçaryan həbs edilmişdi. Lakin sonradan Rusiya Prezidenti Vladimir Putinin məsələyə müdaxiləsindən sonra o, həbsdən buraxılmışdı.
Görəsən, bu dəfə də analoji vəziyyət təkrarlanacaq, yoxsa Paşinyan keçmiş prezidentlə bağlı geri addım atmayacaq?
Politoloq Zərdüşt Əlizadə
“Bakupost”a bildirib ki, Koçaryan məsələsində Paşinyan Putinlə müəyyən siyasi alverə gedə bilər:
“Putinə bəyan edəcək ki, Koçaryanı buraxmağın əvəzində o da Ermənistana qarşı tətbiq edilən cəza tədbirlərindən əl çəksin. Buna alver deyirlər”.
Ekspertin fikrincə, ikinci variant isə Paşinyanın Ermənistanın artıq Rusiyadan asılı olmadığını əsas gətirərək Koçaryanı birmənalı şəkildə cəzalandırmasıdır:
“Yəni ikinci variant odur ki, Ermənistan bir dövlət olaraq artıq Rusiyadan asılı deyil və onun agentini cəzalandıracaq. Onsuz da son seçki göstərdi ki, artıq Koçaryanın kartı vurulub. Onun Ermənistan cəmiyyətində dayağı yoxdur”.
Müsahibimizin sözlərinə görə, siyasətçi kimi hər iki variant Paşinyanın masasının üstündədir:
“İndi Kremldən gələcək reaksiyanı gözləyir. Rusiyadan reaksiya o ola bilər ki, Koçaryanın azad olunması müqabilində Ermənistanın tələblərini yerinə yetirsin”.
Rüfət Sultan,
BakuPost
On minlərlə günahsiz azərbaycanlıların hərbi genosidinin (əski DQMV sovetindəki etnik terorun) başçısını real anti-konstirusion cinayətkardan toxunulmaz vətəndaşa-rəsmi Fiqura çevrilməsinə məsullar 1992ci ilə qədər rəsmən Kreml və Bakı hakimiyyətləri olsalar da, 1992ci ildən bu günə qədər cinayətkarın nəinki cəzasız, həbssiz və mühakiməsiz qalmasına kimlər (mənəvi-insani vicdanla, siyasi və hüquqi baxımdan) kimlər cavadehmişlər? QaraKənd üzərində Helikopteri vurulmuş Azərbaycan Hökumətinin Rəsmi təmsilçilərimi?