Ru
14:02 / 18 Sentyabr 2026

Köçəryanın məhkəməsi başladı

Köçəryanın məhkəməsi başladı
Eye

Uzun fasilədən sonra Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Məhkəməsində Konstitusiya quruluşunu devirmək iddiası ilə bağlı sabiq prezident Robert Köçəryanın və digərlərinin məhkəməsi başlayıb.

"Bakupost" xəbər verir ki, Köçəryanın həbsxanadan məhkəməyə gətirilməsi hüquq-mühafizə orqanlarının əməkdaşlarının müşayiəti ilə həyata keçirilib.

Təqsirləndirilənlər arasında Robert Köçəryan, keçmiş müdafiə naziri Seyran Ohanyan, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorqyan var.

İşə hakim Sarqis Petrosyan sədrlik edir.

Əvvəlki iclas iyunun 24-də keçirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar