Ru
10:39 / 23 Oktyabr 2026

Köçəryanın oğlu daha iki ay həbsdə qalacaq

Köçəryanın oğlu daha iki ay  həbsdə qalacaq
Eye

Ermənistan məhkəməsi sabiq prezident Robert Köçəryanın böyük oğlu Sedrakın həbs müddətini daha iki ay uzadıb.

“Bakupost” xəbər verir ki, bu barədə Ermənistan mediası vəkil Akop Kureqyana istinadən məlumat yayıb.

Vəkil bildirib ki, məhkəmənin bu qərarı gözlənilən olub:

"Məhkəmə qərarı ilə Sedrak daha iki ay müddətinə həbsdə qalacaq. Məhkəmə sisteminə təzyiq göstərildiyi üçün bu mərhələdə başqa bir şey gözləmək çətin idi".

Sedrak Köçəryan atası Robert Köçəryanla birlikdə vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması, rüşvət alma və rüşvət alınmasına kömək etməkdə ittiham olunur.

Qeyd edək ki, Robert Köçəryan avqustun 25-də saxlanılıb. Ona əmlakın qanunsuz əldə edilməsi ilə bağlı ittiham irəli sürülüb.

Lalə, BakuPost




Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar