Ru
19:43 / 02 Sentyabr 2025

Köçəryanla bağlı məhkəmə davam edir

Köçəryanla bağlı məhkəmə davam edir
Eye

Ermənistanın Antikorrupsiya Məhkəməsində sabiq prezident Robert Köçəryan və digər şəxslərlə bağlı iş üzrə məhkəmə dinləmələri davam edir.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, məhkəməyə hakim Sarkis Petrosyan sədrlik edir.

Müttəhim qismində sabiq prezident Robert Köçəryanla yanaşı, keçmiş müdafiə naziri Seyran Ohanyan, KTMT-nin eks-baş katibi Yuri Xaçaturov və sabiq baş nazir müavini Armen Gevorkyan da iştirak edir.

Yerli medianın xəbərinə görə, iş Konstitusiya Məhkəməsinin ittiham maddəsini konstitusiyaya zidd hesab etməsindən sonra dayandırılıb. Lakin qərar şikayət edildiyindən iş Antikorrupsiya Məhkəməsinə ötürülüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar