Kofeşopda QALMAQAL: Müdirdən pulunu istəyən işçiyə, görün, nə etdilər - VİDEO
176
Bakının Ağ Şəhər ərazisində yerləşən kofe məkanlarından birində çalışan Orxan Cavadov əməkhaqqını ala bilmədiyini iddia edir. Onun sözlərinə görə, bir ay 10 gün işlədiyi müddətdə əvvəlcə barista, qısa müddət sonra isə menecer vəzifəsini icra edib.
"Bakupost" xəbər verir ki, vətəndaş müxtəlif işləri yerinə yetirdiyini, lakin gördüyü işin müqabilində ona ödənilməli olan təxminən 1500 manatı ala bilmədiyini bildirir.
Müştərilərlə işlədiyini, sosial media fəaliyyətini həyata keçirdiyini və digər işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, işəgötürən sonradan kassadan 20 manat götürməsini əsas gətirərək onu işdən çıxarıb və əməkhaqqını ödəməkdən imtina edib.
"Mənim aylıq əməkhaqqım 1000 manat idi. Sadəcə, orada əlavə işlər də görmüşəm. Orada nə iş var idisə, hamısını mən görmüşəm. Beş nəfər işçinin yerinə çalışmışam", - deyə o Baku Tv-yə bildirib.
Şikayətçinin digər iddiaları məkanın mətbəxində antisanitar vəziyyətin hökm sürməsi və işçilərin əmək müqaviləsi olmadan çalışması ilə bağlıdır.
Məkanın sahibi isə keçmiş işçini 3000 manat məbləğində oğurluq həyata keçirməkdə, tualetdə narkotik çəkməkdə ittiham edib.