Kolumbiyanın qərbində baş verən zəlzələ nəticəsində 70-dən çox insan həlak olub.
"Bakupost" xəbər verir ki, bu barədə KİV məlumat yayıb.
Risarelda departamentinin qubernatoru Xuan Dieqo Patinyo isə bildirib ki, təkcə bu regionda 42 nəfər həyatını itirib.
"Paytaxt zonasına daxil olan üç bələdiyyədə artıq 40 nəfərin öldüyü məlumdur. Daha iki nəfər isə qərb bələdiyyələrində həyatını itirib", - deyə o, bildirib.
Qeyd edək ki, Kolumbiya ərazisində 7.4 maqnitudalı yeraltı təkanlar baş verib. Zəlzələnin episentri təxminən 134 min nəfər əhalisi olan Kartaqo şəhərindən 31 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 115 km dərinlikdə olub.