Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə maliyyə fəaliyyətinin auditi zamanı milyonlarla manatlıq avadanlıqların anbarlarda istifadəsiz qaldığı və mühasibat uçotunun düzgün aparılmadığı məlum olub.
Bakupost.az Hesablama Palatasına istinadən xəbər verir ki, qurumun anbarında əvvəldən alınmış, amma faktiki olaraq istifadəyə verilməyən, ümumilikdə 4 milyon 793 min 229 manat 62 qəpiklik avadanlıq var.
649 manatlıq 2 kamera, 12 min 508 manatlıq 10 kondisioner, 277 manat 30 qəpik olan 1 elektrik samovarı, 247 manat 80 qəpiklik mikrodalğalı soba, 4 milyon 779 min 547 manat 52 qəpiklik 11507 planşet qaydalara zidd olaraq uçota alınıb.
Eyni zamanda, mühasibat uçotu üzrə 1200 sayda 236 min 146 manat 32 qəpik (ƏDV daxil) məbləğində lisenziyalar Komitənin “Qeyri-maddi aktivlərin dəyəri” hesabında qeydiyyata alınmyıb.
Rüfət Sultan, BakuPost