Ru
17:07 / 15 Oktyabr 2026

Komitə sədri "Bakupost"u təbrik etdi

Komitə sədri "Bakupost"u təbrik etdi
Eye

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentdə növbəti vətəndaş qəbulu keçirib.

"Bakupost" xəbər verir ki, qəbul zamanı vətəndaşların müxtəlif mövzuları əhatə edən müraciətləri dinlənilib, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə iştirak edən aydınlar, ictimaiyyət nümayəndələri ilə ölkənin ictimai-mədəni həyatına dair bir sıra aktual məsələlər də müzakirə olunub.

Fazil Mustafa qaldırılan məsələlərə münasibət bildirib, müraciətlərin komitə tərəfindən diqqətdə saxlanılacağını, zəruri hallarda aidiyyəti qurumlara rəsmi məktublar göndəriləcəyini deyib.

Komitə sədri daha sonra Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Zakir Ağdamlıya 80 illik yubileyi münasibətilə, “Bakupost” informasiya portalının baş redaktorunun müavini Bəxtiyar Əlirzayevə isə portalın 10 illiyi münasibətilə təbrik məktubunu təqdim edib, ictimai həyatda və yaradıcılıqda yeni uğurlar arzulayıb.



Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar