Liqasında ev oyunlarını Azərbaycanda keçirəcək.
Bakupost.az QOL.az-a istinadla xəbər verir ki, bu barədə Belarusun football.by saytı məlumat yayıb.
Bildirilib ki, Borisov təmsilçisi ev arenası kimi Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunu sifariş edib. BATE Konfrans Liqasındakı rəqiblərini məhz bu stadionda qəbul edəcək.
Qeyd edək ki, BATE Konfrans Liqasına 1-ci təsnifat mərhələsindən qoşulacaq. Bu mərhələnin püşkatma mərasimi iyunun 16-da keçiriləcək. Oyunlar isə iyulun 9-u və 16-da baş tutacaq.
Xatırladaq ki, Ukraynadakı müharibə ilə əlaqədar UEFA Beıarus komandalarına doğma meydanda beynəlxalq oyunlar keçirmək qadağası qoyub.