Əməkdar artist Mətanət İsgəndərli solo konsert proqramı ilə çıxış edib.
Bakupost.az Axşam.az-a istinadən xəbər verir ki, Yaşıl Teatrda keçirilən musiqi gecəsi alqış sədaları ilə başlayıb. Konsert boyunca tamaşaçılar üçün bir-birindən maraqlı və sürpriz dolu anlar yaşanıb.
Gecənin aparıcısı Saleh Bağırov olub. Mətanət İsgəndərlinin qızı Ülkər də səhnəyə çıxaraq anasının konsertində aparıcılıq edib. O bildirib ki, bu, onun ilk dəfə aparıcılıq etməsidir.
Müğənni sevilən hitlərini səsləndirərək tamaşaçılara unudulmaz anlar yaşadıb. Sənətçi onu bu özəl gündə tək qoymayan pərəstişkarlarına təşəkkürünü bildirib, onlarla səmimi söhbətlər edib.
Konsertdə M. İsgəndərlinin ailə üzvləri də iştirak edərək ona dəstək olublar.