Ru
22:38 / 02 Oktyabr 2025

“Kopenhagen” üzərində qələbə: ÇL-də “Qarabağ”ın şansı

“Kopenhagen” üzərində qələbə: ÇL-də “Qarabağ”ın şansı
Eye

Qələbə həmişə şirindir. Amma bəzən çətin və ya asan olur. Əminliklə demək olar ki, ÇL-də asan oyun olmur.

Bakupost.az xəbər verir ki, bu sözləri Axar TV-yə idman jurnalisti Emin Abbasov “Qarabağ”ın “Kopenhagen” üzərindəki qələbəsi ilə bağlı deyib.

E.Abbasov bildirib ki, ÇL başqa turnir, başqa səviyyədir:

“Kimdən soruşsanız ki, “”Qarabağ”dan bu liqada iki oyundan sonra 6 xal gözləyirsənmi?” deyərlər ki, təbii ki yox. Çünki bu bizim üçün yanlız istək və arzu ola bilərdi heç bir halda məntiqi uyğunluq qəbul edilməzdi. Amma biz bunu bacardıq. “Benfika” oyunundan sonra “Qarabağ”dan gözləntilər çox idi. Uğurlar gəldikcə, özgüvən də artır. İnsan uğur qazandıqca o qədər özgüvən əldə edir ki, elə düşünür ki dənizin ortasına qədər üzərsən amma batmazsan. “Qarabağ”da da özgüvən var və insanlar köklənmişdilər ki, “Kopenhagen”i mütləq şəkildə məğlub etməliyik”.

Eyni zamanda Emin Abbasov “Qarabağ”ın bu oyundakı qələbəsindən, bu oyunun ən yaxşısı seçilən Elvin Cəfərquliyevdən və qarşıda bizi nələr gözlədiyindən danışıb.

Daha ətraflı videoda:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar