Ru
17:21 / 20 Avqust 2025

Körpəsini dünyaya gətirib tualetə atdı - Rus turistdən Antalyada vəhşilik

Körpəsini dünyaya gətirib tualetə atdı - Rus turistdən Antalyada vəhşilik
Eye

Rusiyalı gənc qadın Yekaterina Burnaşkina Türkiyənin Antalya hava limanında yeni doğulmuş qızını tualetdə qoyub çıxıb getdiyi üçün indi Rusiyada məhkəmə qarşısına çıxacaq. Onun barəsində yeni doğulmuş uşağın qəsdən öldürülməsinə cəhd maddəsi ilə cinayət işi başlanılıb.

Bakupost.az bildirir ki, bu barədə qızın vəkili Life.ru-ya məlumat verib.

Onun sözlərinə görə, Burnaşkina övladını özü böyütmək niyyətindədir. Lakin hazırda nə ona, nə də valideynlərinə körpə ilə görüşməyə icazə verilir. Onun valideynlik hüquqları rəsmən əlindən alınmayıb. Vəkil iddia edir ki, doğuşdan əvvəl gənc qız qarın ağrıları ilə bağlı Antalyada həkimə müraciət edib, lakin türk həkimlər ona sadəcə qastroenterit diaqnozu qoyub, hamiləliyi müəyyən etməyiblər.

Türkiyəli müstəntiqlər həmin həkimi artıq dindiriblər. Yekaterina isə şərh verməkdən imtina edib və məhkəmə zalını tələsik tərk edib.

Qeyd edək ki, 18 yaşlı Yekaterina Burnaşkina Antalyada təyyarəyə minməyə hazırlaşarkən qəfil sancılarla tualetə qaçıb və orada körpəsini dünyaya gətirib. O, körpəni tualetdə qoyaraq pasport nəzarətinə keçməyə çalışıb. Lakin təmizləyici qadın körpəni aşkarlayıb və dərhal hava limanı rəhbərliyinə məlumat verib. Ananı isə müşahidə kameraları vasitəsilə qısa zamanda tapıblar.

Məlum olub ki, qız bir tələbə ilə münasibətdə olub və ondan hamilə qalıb. Türkiyə məhkəməsi Burnaşkina haqqında əvvəlcə 15 il həbs hökmü çıxarsa da, daha sonra cəzanı yüngülləşdirib. 9 ay həbsdə qaldıqdan sonra o, Rusiyaya qayıdıb.

Hazırda körpə qızcığaz — Nikolka Rusiyada qəyyum ailənin himayəsindədir.

Ayxan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar