Ru
13:42 / 05 Noyabr 2025

Kosmosda kabab – Çinli astronomlar ilkə imza atdı

Kosmosda kabab – Çinli astronomlar ilkə imza atdı
Eye

Çinin “Tienqonq” kosmik stansiyasına göndərilən heyət ilk dəfə olaraq kosmosda ət və toyuq qızardıb (barbekü). Mütəxəssislər bu hadisəni uzunmüddətli kosmik missiyalarda yaşayış və iş şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşması kimi qiymətləndiriblər.

Bakupost.az “Global Times”a istinadən xəbər verir ki, Çin Astronavtlar Mərkəzi astronomların kosmik stansiyadakı yemək hazırladığı görüntülərini ictimaiyyətlə bölüşüb.

Paylaşılan videolarda “Şençjou-20” və “Şençjou-21” (“Shenzhou”) missiyalarının heyət üzvlərinin “Tienqonq” stansiyasında quraşdırılmış xüsusi elektrik sobada toyuq qanadı və ət bişirdikləri anlar yer alıb.

Rəsmi açıqlamada bildirilib ki, soba astronomların kosmik stansiyadakı həyat keyfiyyətini artırmaq məqsədilə hazırlanıb və dumansız bişirmə texnologiyası sayəsində kosmik təhlükəsizlik standartlarına uyğun şəkildə fəaliyyət göstərir.

Çinin “Manned Space Agency” (CMSA) rəsmiləri həmçinin stansiyada qida menyusunun 190-dan çox çeşiddən ibarət olduğunu, artıq təzə tərəvəz, tort və ət yeməklərinin də bişirilə bildiyini vurğulayıblar.

Sosial mediada geniş yayılmış görüntülər Çin ictimaiyyətində müsbət rezonans doğurub. İzləyicilər paylaşımlarda kosmos menyusundakı bu yeniliyin ölkənin kosmos texnologiyalarında qazandığı irəliləyişin göstəricisi olduğunu yazıblar.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar