Ru
21:10 / 01 Avqust 2026

Kosovoda 1998-1999-cu illər müharibəsi qurbanlarının qalıqları tapıldı

Kosovoda 1998-1999-cu illər müharibəsi qurbanlarının qalıqları tapıldı
Eye

Kosovoda 1998-1999-cu illər müharibəsinə aid kütləvi məzarlıqda yeddi nəfərin qalıqları tapılıb.


"Bakupost" xəbər verir ki, bu barədə Kosovo Baş naziri Albin Kurti bildirib.

Onun sözlərinə görə, məhkəmə ekspertləri artıq yeddi nəfərin qalıqlarını aşkar ediblər, lakin ilkin hesablamalara görə, məzarlıqda 23 Kosovo albanının cəsədi ola bilər.

Kurti bildirib ki, çox güman ki, söhbət Mitrovitsa şəhərinin sakinlərindən - həkimlərdən, müəllimlərdən, insan haqları müdafiəçilərindən və 1999-cu ilin aprelində qaçırılıb öldürülən digər ziyalılardan gedir.

Kosovonun baş prokuroru Blerim İsufay qalıqların müəyyənləşdirilməsinin vaxt aparacağını bildirib. İstintaq çərçivəsində artıq iki serb həbs olunub, lakin işin təfərrüatı hələ açıqlanmayıb.

1998-1999-cu illər Kosovo müharibəsi zamanı təxminən 13.000 insan həlak olub, daha 4.000 nəfər itkin düşüb.

Son onilliklər ərzində minlərlə qurbanın qalıqları aşkar edilsə də, təxminən 1600 nəfərin taleyi bu günə qədər naməlum olaraq qalır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar