Ru
16:06 / 19 İyun 2026

Kral və qızı hərbi təyyarə idarə etdi - VİDEO

Kral və qızı hərbi təyyarə idarə etdi  - VİDEO
Eye

İspaniya Kralı VI Filip taxt-tacın varisi olan qızı, Asturiya şahzadəsi Leonorla birlikdə “Pilatus PC-21” təyyarələrində uçuş həyata keçirib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə İspaniya kral sarayının Mətbuat xidməti məlumat yayıb.

Şahzadə Leonorun 3 illik hərbi təhsilini başa vurması münasibətilə baş tutan uçuş zamanı təyyarələri monarx və qızı idarə edib.

“Asturiya şahzadəsi hərbi təhsilini başa vurduqdan sonra III Karl adına Madrid Universitetində “Politologiya” ixtisası üzrə təhsil alacaq”, - məlumatda deyilir.

Şahzadə Leonor daha əvvəl də analoji uçuşlar həyata keçirsə də, bu VI Filipin taxt-tacın varisi ilə ilk birgə uçuşudur.

Qeyd edək ki, daha əvvəl 20 yaşlı Leonor həmçinin paraşüt hazırlığı kursunu başa vurub, mayın əvvəlində isə şahzadə “F-5” qırıcısında ilk uçuşunu həyata keçiri


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar