Ru
15:26 / 09 Oktyabr 2026

"Kriştianonun dəyərini bilmirlər" - Anası

"Kriştianonun dəyərini bilmirlər" - Anası
Eye

Portuqaliya futbolunun əfsanəsi Kriştiano Ronaldonun milli komandanın düşərgəsini tərk etməsi həm öz ölkəsində, həm də dünyada ajiotaj yaradıb.

"Bakupost" "Unikal"a istinadla xəbər verir ki, məsələ ilə bağlı yerli mətbuata danışan ulduz futbolçunun anası Dolores Aveiro prosesin necə inkişaf etməsindən kədərləndiyini bildirib.

Aveiro bildirib ki, məşqçi Xorxe Jesusla yaşadığı böhrandan sonra Portuqaliya milli komandasından ayrılan oğluna kifayət qədər hörmət göstərilməyib. Aveiro Ronaldonun milli komandaya uzun və dəyərli töhfələrini vurğulayıb və oğluna göstərilən münasibəti tənqid edib.

"O, Portuqaliyaya çox şey verdi. Buna görə də həmişə bizimlə olacaq. O, həmişə Portuqaliyanın qəhrəmanı olub. Onu kifayət qədər qiymətləndirmirlər. Kriştianonun dəyərini bilmirlər", - deyə 71 yaşlı qadın deyib.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar