Ru
14:46 / 09 Fevral 2026

Kriz dərinləşir – Rusiya ABŞ-a qarşı addımlarını açıqladı

Kriz dərinləşir – Rusiya ABŞ-a qarşı addımlarını açıqladı
Eye

Kremlin sözçüsü Dmitri Peskov Kubadakı vəziyyətin pisləşdiyini bildirib və ABŞ-ın “boğma texnikaları” ilə ölkəyə təzyiq göstərdiyini vurğulayıb.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, Peskov əlavə edib ki, Rusiya kubalı tərəfdaşlarla bu problemlərin həlli və mümkün dəstək variantları üzərində danışıqlar aparır.

Peskov həmçinin ABŞ, Ukrayna və Rusiya arasında aparılan müzakirələrə toxunaraq, bu prosesin davam etdiyini bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 30 yanvarda Kuba ilə ticarət edən ölkələrdən gələn mallara gömrük vergisi tətbiq etməyə imkan verən qərarnamə imzalamış, 1 fevralda isə Kuba ilə neft tədarükü üzrə danışıqların başladığını açıqlamışdı. Kuba isə bu məlumatı təkzib etmişdi.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar