Qubada toy karvanında avtoşluq edən avtomobillərin görüntüləri yayılıb.
Bakupost.az xəbər verir ki, bu barədə videonu jurnalist Dəyanət Babayev sosial şəbəkədə paylaşıb.
Videoda "Niva" markalı avtomobilin Qubanın mərkəzində bəy-gəlin maşınını müşayiət edərkən yol hərəkəti qaydalarını pozduğu, digər maşında isə bir nəfərin yola bir manatlıq əskinaslar səpdiyi əks olunub.
DİN-in Mətbuat xidmətinin regional bölməsindən bildirilib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılır.
Xeyli vaxtdır Azərbaycanda toy karvanlarında qayda pozuntuları ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsinə baxmayaraq, bu cür hallara hələ də də rast gəlinir.
Xatırladaq ki, bir neçə gün əvvəl yenə Quba rayonunda toy karvanındakı avtomobillərin birinin iştirakı ilə baş verən ağır qəzada 23 yaşlı gənc həlak olmuşdu.