Ru
14:29 / 19 Sentyabr 2025

Küləkli hava ilə bağlı gəmilərə "SOS" siqnalı göndərildi

Küləkli hava ilə bağlı gəmilərə "SOS" siqnalı göndərildi
Eye

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Bakupost.az agentliyə istinadən xəbər verir ki, xəbərdarlığa əsasən, sentyabrın 19-dan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi sentyabrın 21-nə qədər davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-ə qədər güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 2-3 metr, sonrakı inkişafda 3-5 metrə çatacağı proqnozlaşdırılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar