Ru
09:18 / 16 Oktyabr 2026

Kürdəmirdə 2 yük maşını toqquşdu: ölən var

Kürdəmirdə 2 yük maşını toqquşdu: ölən var
Eye

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Bakupost" APA-ya istinadla xəbər verir ki, hadisə Bakı–Qazax magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Mahmud Əliyevin idarə etdiyi “İsuzu” markalı yük avtomobili yol kənarında dayanmış “Mersedes” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində “Isuzu”nun sərnişini, 1980-ci il təvəllüdlü Taleh Cabbarov hadisə yerində həyatını itirib. Sürücü Mahmud Əliyev isə xəsarət alıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar