Kür çayının Salyandan keçən hissəsi zibil poliqonuna çevrilib.
“Bakupost” xəbər verir ki, bəzi sakinlər çayın kənarına məişət tullantıları, plastik qablar və digər zibillər ataraq ərazini çirkləndiriblər.
Yaranmış vəziyyətdən narazı qalan vətəndaş görüntüləri sosial şəbəkədə paylaşaraq Kürün sahilinin demək olar ki, hər yerdə zibilləndiyini bildirib.
“Baxırsan ki, hər kənddə, hər rayonda Kürün qırağını zibilləyiblər. Hətta uşaq arabasını belə gətirib atıblar. Adama çox pis təsir edir. Xarici ölkələrə gedəndə görürsən ki, təbiəti necə qoruyurlar”,- deyə o qeyd edib.
Yasəmən, BakuPost