Ru
09:35 / 03 Dekabr 2025

Kuryerdən yaşlı qadına qarşı vəhşilik – Üzünə təpiklə vurdu – VİDEO

Kuryerdən yaşlı qadına qarşı vəhşilik – Üzünə təpiklə vurdu – VİDEO
Eye

Rusiyada kuryer təqaüdçü qadına qarşı vəhşilik edib.

Bakupost.az xəbər verir ki, qida daşıma şirkəti “Kupera”nın forması geyinmiş bir kişi təpik zərbəsi ilə yaşlı qadını yerə yıxır. Bu hadisə küçə müşahidə kamerasında qeydə düşüb.

İnsident dekabrın 1-də axşam saatlarında baş verib. Yayılmış digər videolardahəmin şəxs təsadüfi yoldan keçənlərin üzünə tüpürür. Regionun Daxili İşlər Nazirliyi mətbuat xidməti bildirib ki, polis videodakı şəxsin kimliyini və hadisənin təfərrüatlarını müəyyənləşdirir.

***

“Kupera” şirkətinin mətbuat xidməti bildirib ki, Novosibirskdə çəkilən videodakı kuryerin şəxsiyyəti müəyyən edilib. “Kupera” şirkətindən məlumat verilib ki, həmin kuryer işdən çıxarılıb. Onunla bağlı məlumat polisə təqdim edilib.

Şirkət zərərçəkmiş qadına lazım olan yardımı göstərəcəyini vəd edib. Servisin məlumatına görə, hadisə baş verən anda həmin şəxs çatdırılma xidməti yerinə yetirmirmiş.



Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar