Ru
13:24 / 19 May 2026

Laçında növbəti əmək yarmarkası keçiriləcək

Laçında növbəti əmək yarmarkası keçiriləcək
Eye

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Laçın rayonunda növbəti əmək yarmarkası təşkil edəcək.

Bakupost.az xəbər verir ki, aktiv məşğulluq tədbiri mayın 22-də saat 15:00-da “Lachin Resort & Spa” hotelində keçiriləcək.

Tədbirdə işaxtaran şəxslərə 21 müəssisə tərəfindən informasiya texnologiyaları üzrə mühəndis, rabitə mühəndisi, elektrik-qaz qaynaqçısı, ofisiant, yük avtomobili sürücüsü, qənnadıçı, fəhlə, dəmirçi, gözətçi və s. peşə istiqamətləri üzrə 90-a yaxın vakansiya təqdim ediləcək.

Yarmarkaya gələn şəxslərə Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları və layihələr barədə də ətraflı məlumatlar veriləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar