Latviya hakimiyyəti 841 Rusiya vətəndaşına oktyabrın 13-dək ölkəni tərk etməyi tapşırıb.
Bakupost.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə ölkənin Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsinin kommunikasiyalar üzrə direktoru Madara Puke məlumat yayıb.
Bildirilib ki, sözügedən ruslar latış dilini bilmədikləri və məcburi təhlükəsizlik yoxlamalarından keçə bilmədiklərinə görə Latviyanı tərk etməlidirlər.
Qeyd edək ki, 2024-cü ildə Latviya ölkədə qalmaq istəyən Rusiya vətəndaşları üçün immiqrasiya qaydalarını sərtləşdirib.