Ru
18:40 / 22 Sentyabr 2026

Lavrov Nyu-Yorkda Rubio ilə görüşəcək

Lavrov Nyu-Yorkda Rubio ilə görüşəcək
Eye

Sentyabrın 23-də Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubio arasında Nyu-Yorkda görüş gözlənilir.
“Bakupost” xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Kirill Loqvinov bunu TASS-a verdiyi müsahibədə bildirib.

"Bildiyim qədəri ilə Sergey Lavrovun Marko Rubio ilə görüşü sentyabrın 23-nə planlaşdırılıb", - deyə diplomat qeyd edib.
Lavrovun Baş Assambleya çərçivəsində digər Qərb nümayəndələri ilə ikitərəfli görüşlərinin perspektivlərilə bağlı suala cavabında isə Loqvinov qeyd edib ki, "müvafiq sorğular daxil olarsa", o cümlədən Qərb nümayəndələrindən, Rusiya tərəfi nazirin Nyu-Yorkdakı cədvəlini nəzərə alaraq onları nəzərdən keçirəcək.

Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyası 22-28 sentyabr tarixlərinə qədər davam edəcək.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar