Ru
20:34 / 11 Noyabr 2025

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?
Eye

Moskva Vaşinqton təşəbbüs göstərdiyi halda Vladimir Putin və Donald Tramp arasında yeni görüşün hazırlanmasını müzakirə etməyə hazırdır.

Bakupost.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Nazirin sözlərinə görə, Rusiya tərəfi ABŞ-ın əvvəllər irəli sürdüyü və son vaxtlar mediada səsləndirilən “yeraltı qazıntılar”, gizli hərbi fəaliyyət və digər şübhələrlə bağlı sualları da müzakirə etməkdən yayınmır:

“Əgər amerikalılar prosesə geri dönmək niyyətini göstərsələr, biz bu mövzuları açıq şəkildə masa üzərinə qoymağa hazırıq”.

Lavrov görüşün keçirilməsi üçün Rusiya üçün ən optimal məkanın Budapeşt ola biləcəyini də xüsusi vurğulayıb:

"Macarıstan hökuməti həm neytral mövqeyə, həm də dialoq üçün uyğun diplomatik şəraitə malikdir".

Qeyd edək ki, Tramp hazırda ABŞ prezidenti kimi fəaliyyətini davam etdirir və Avropa siyasətində yeni düzən formalaşdırmaq xəttini ön plana çəkir. Moskva isə Vaşinqtonla münasibətlərdə “yeni reallıq” əsasında dialoq axtarışında olduğunu bildirir.

Lavrovun bu açıqlaması Rusiyanın ABŞ-la arasında yüksək səviyyəli diplomatik dialoqun bərpasına dair siqnal kimi dəyərləndirilib.

Görüşün baş tutub-tutmayacağı ABŞ administrasiyasının verəcəyi qərardan asılı olacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar