Ru
08:52 / 15 Avqust 2025

Lavrov: Rusiyanın arqumentləri və aydın mövqeyi mövcuddur

Lavrov: Rusiyanın arqumentləri və aydın mövqeyi mövcuddur
Eye

Moskva Alyaskada keçiriləcək Rusiya-Amerika danışıqlarında öz aydın mövqeyini ortaya qoyacaq və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun səfərləri zamanı bu məqsədlə artıq çox işlər görülüb.

Bakupost.az. xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına şərhində bildirib

“Biz əvvəlcədən heç nə planlaşdırmırıq. Biz bilirik ki, arqumentlərimiz, aydın və anlaşılan mövqeyimiz mövcuddur. Stiven Uitkoffun səfərləri zamanı burada çox işlər görülüb. Prezident artıq bu barədə danışıb. Uitkoff prezident Donald Trampın adından danışıb. Ümid edirik ki, bu çox faydalı söhbəti bu gün də davam etdirəcəyik”, - nazir vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar