Ru
14:53 / 21 Avqust 2025

Lavrov: Zelenskinin Putinlə görüş cəhdləri “KVN” şousunu xatırladır

Lavrov: Zelenskinin Putinlə görüş cəhdləri “KVN” şousunu xatırladır
Eye

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə görüş barədə açıqlamalarını sərt tənqid edib.


Bakupost.az xəbər verir ki, Lavrov Zelenskinin açıqlamalarını "KVN" və "Kvartal 95" kimi əyləncəli şou formatına bənzədərək, sülh prosesinə ciddi zərbə vurmaq cəhdi kimi qiymətləndirib.

O bildirib ki, Zelenski uzun müddət Putininlə danışıqlar aparmayacağını bəyan edib:

“Hətta təxminən üç il əvvəl imzaladığı fərmanı ləğv etməyib, bu fərmanda Putininlə danışıqlar aparmaq qəti qadağan olunub. Onun Rusiya prezidenti ilə sammit təşkil etmək cəhdi guya sülh prosesinə konstruktiv yanaşdığını göstərmək üçündür. Əslində isə bu, davamlı böhranın həlli prinsiplərini razılaşdırmaq üçün ağır, ciddi işi “KVN”, “Kvartal 95” ilə əvəz etməkdir. Hazırkı Ukrayna rəhbəri bu cür hiylələrdən çox fəal istifadə edir.”

Aysel,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar