Ru
10:39 / 10 Oktyabr 2026

Lənkərana 5 dəqiqə dolu düşdü - FOTO

Lənkərana 5 dəqiqə dolu düşdü - FOTO
Eye

Lənkəran rayonunda bu gün səhər saatlarından etibarən qeyri-sabit hava şəraiti müşahidə olunur. Bir sıra yaşayış məntəqələrinə dolu düşüb, ardınca intensiv yağış yağıb.

"Bakupost" xəbər verir ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dolu müşahidə olunub.

Təxminən 4-5 dəqiqə davam edən doludan sonra ərazilərə intensiv yağış yağıb, bəzi yerlərdə ağaclar aşıb.

Hazırda bölgədə yağışlı və küləkli hava şəraiti davam edir. Dəymiş mümkün ziyanla bağlı əlavə məlumat verilməyib.

Lənkərana 5 dəqiqə dolu düşdü - FOTO
Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar