Lənkəranda doludan sonra güclü külək və yağış yağıb. Sakinlərə xeyli ziyan dəyib.
"Bakupost" APA-ya istinadla xəbər verir ki, bu gün səhər saat 09:00 radələrindən başlayaraq Lənkəran rayonunun kəndlərinə dolu yağıb. Təxminən 4-5 dəqiqə davam edən dolu əsasən Separadi, Tükəvilə, Zövlə, Şağlaser, Boladi kəndləri, Nərimanabad qəsəbəsi və Liman şəhərində müşahidə olunub.
Doludan sonra əraziyə intensiv yağış yağıb, güclü külək əsib.
Güclü külək əsasən rayonun Zövlə kəndinə xeyli ziyan vurub. 15 yaxın irigövdəli ağaclar aşaraq yola düşüb. Yol 1 saata yaxın bağlı qalıb. Əraziyə gətirilən ağır texnikaların köməyi ilə ağaclar yoldan götürülüb və hərəkət bərpa olunub. Aşan ağaclar eləcə də kəndin elektrik təsərrüfatına, internet və qaz xəttlərinə də ziyan vurub. Hazırda kənd işıqsız qalıb.
Qeyd edək ki, rayonda yağış dayanıb. Günəşli hava müşahidə olunur.