Ru
20:52 / 24 Avqust 2026

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış oldu - FOTO

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış oldu - FOTO
Eye

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Leyla Əliyeva avqustun 24-də ilk Buxara Müasir İncəsənət Biennalesinin əsərlərinin bir hissəsi ilə tanış olub.


"Bakupost" AZƏRTAC-a istinadla xəbər verir ki, Buxara Biennalesi Özbəkistan Mədəniyyət və İncəsənətin İnkişafı Fondu tərəfindən keçirilir. İlk dəfə 2025-ci ildə keçirilən Buxara Biennalesi Mərkəzi Asiyanın ən böyük mədəniyyət tədbirlərindən birinə çevrilib.

Hazırda Buxarada ilk Biennaledə nümayiş olunan əsərlərin bir hissəsi yenidən sərgilənir. Ekspozisiyada yerli və xarici müəlliflərin 70-ə yaxın əsərini görmək mümkündür. 2027-ci ildə ikinci Buxara Müasir İncəsənət Biennalesinin keçirilməsi planlaşdırılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar