Mədəniyyət, ədəbiyyat siyasi sistemlərdən, dövlətlərin münasibətlərdən asılı olmayaraq, bütün dövrlərdə xalqlar arasında ən etibarlı ünsiyyət körpülərindən, mənəvi informasiya daşıyıcılarından, insanlığın ruh və düşüncə rüzgarlarını qitədən-qitəyə əsdirən güclərdən biri olmuşdur.
Bu baxımdan bədii söz SSRİ dağılandan sonra postsovet məkanında əhəmiyyətini itirməmiş, əksinə, inzibati cəhətdən, sərhədlərlə ayrilan xalqların mədəni həyatının bir-birindən tam qopmasına, köhnə ənənələrdən bütünlüklə üzülüşməsinə imkan verməmişdir.
Bakupost.az xəbər verir ki, Rusiyanın tanınmış ədəbiyyat orqanı olan "Literaturnaya qazeta"nın 20-26 may nömrəsində bu baxımdan gözəl bir addım atılmış, iki böyük Türk yazarının
Oljas Süleymanovun və
Sabir Rüstəmxanlının yubleyinə həsr olunmuş məqalə dərc olunmuşdur.
Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri, filologiya elmləri doktoru, profossor Abuzər Bağırovun “Xalqa xidmət ustası” -
https://lgz.ru/article/master-sluzheniya-narodu/ başlıqlı məqaləsində rusiyalı oxucular Sabir Rüstəmxanlının yaradıcılığı barədə məlumatlandırılr və onun milli düşüncə, qan yandaşının oyanmasndakı rolundan bəhs edilir. Məqalədə S.Rüstəmxanlının Dünya Azərbaycanlıları Konqresinin rəhbəri kimi ictimai fəaliyyətinə də toxunulub. Tanınmış rus tənqidşünas alimi Yevgeni Sidorovun Oljas Süleymanov haqqında “Oljas haaqlnda söz” -
https://lgz.ru/article/slovo-ob-olzhase/ yazısı da eyni səhifədə yer alıb. "Literaturnaya qazeta" Azərbaycan Xalq Şairinin 80 illik yubleyini təbrik edib.