Ru
22:37 / 04 Avqust 2026

Londonda 155 ildə ilk: yağış yağmadı

Londonda 155 ildə ilk: yağış yağmadı
Eye

Londondakı Kyu Kral Botanika Bağlarındakı meteoroloji stansiya iyul ayında şəhərdə yağıntının olmamasını qeydə alıb. Bu, 1871-ci ildən bəri müşahidələr tarixində ilk belə haldır.


"Bakupost" xəbər verir ki, bu barədə Böyük Britaniya mediası yazıb.

Qərbi Avropa may ayından bəri isti hava dalğası ilə üzləşir. 2026-cı ilin iyun ayı regionda qeydə alınan ən isti ay olub. İyulun əvvəlində və sonunda da anomal temperatur qeydə alınıb. Avropada rekord dərəcədə isti hava dalğaları Dunay çayının suyunun son 30 ildə ən aşağı səviyyəyə düşməsinə səbəb olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar